Yerevanda etirazçılar ABŞ səfirliyinə doğru hərəkət edir
Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edən nümayişçilər ABŞ-ın bu ölkədəki səfirliyinin yerləşdiyi əraziyə doğru hərəkət edir.
Erməni KİV-ləri xəbər verir ki, etirazçılar hazırda İsakov prospektindədirlər.
Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını Yerevanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb.
“ABŞ səfirliyi respublikada davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri ilə bağlı zorakılıq ocaqları yarana bilər. Sizin təhlükəsizliyiniz üçün etiraz aksiyaları keçirilən yerlərdən kənar olmağı və hadisələrlə bağlı məlumatı KİV-dən izləməyi məsləhət görürük”, - deyə səfirliyin məlumatında bildirilib.
Mənbə:> Virtualaz.org