Erməni lobbisi də Serj Sarkisyana qarşı aksiyalara başladı
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan erməni icması Serj Sarkisyanın Ermənistanın baş naziri seçilməsinə etiraz olaraq aksiya keçirib.
“Report” xəbər verir ki, nümayiş iştirakçıları S.Sarkisyanın istefa verməsini və hakimiyyəti başqa şəxsə təhvil verməsini tələb ediblər.
Onlar S.Sarkisyan əleyhinə şüarlar səsləndiriblər.
Erməni lobbisinin təmsilçiləri Ermənistan polisini Yerevanda keçirilən aksiya iştirakçılarına zor tətbiq etməməyə çağırıblar. Kaliforniyadakı erməni icmasının nümayəndələri ABŞ ərazisində etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Ermənistanın Rusiyadakı səfirliyinin binası qarşısında da S.Sarqsyanın baş nazir olmasına qarşı aksiya keçirilib.
Mənbə:> Report