Moskvada Sərkisyan əleyhinə aksiya keçirildi
Ermənilər Moskvada etiraz aksiyası keçiriblər.
Publika.az “Armeniya Today”-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında Moskvanın mərkəzinə toplaşan bir qrup erməni etirazçı Ermənistanda elektrik enerjisi tariflərinin qaldırılması əleyhinə mitinq keçirənlərə dəstək nümayiş etdirərək küçələrə çıxıb. Nümayişin dinc xarakter daşıdığını bildirən etirazçılar Ermənistan hakimiyyətindən narazı olduqlarını ifadə edən şüarlar səsləndiriblər.
Aksiyanın sonunda Ermənistanın Rusiyada yerləşən səfirliyinə bəyanat təqdim olunub.
Mənbə:> Publika.az