Makron özünü Putinlə müqayisə etdi
Fransa prezidenti Emmanuel Makron jurnalistlərlə keçirdiyi qeyri-rəsmi görüşdə özünü Putinlə müqayisə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa mətbuatı yazır.
“BFMTV” jurnalistləri Jan Jak Burden və “Mediapart” media resursunun rəhbəri Makronun Yelisey sarayında ilk ildönümü münasibəti ilə aldıqları müsahibədən sonra Fransa lideri ilə qeyri-rəsmi görüş keçirib.
“Mən Putinin bərabəriyəm. Bundan başqa Putin məni başa düşür”,- deyə Makron görüşdə bildirib.
Makron Qərbin Suriyaya endirdiyi zərbələrə də münasibət bildirib.
“Suriyaya endirilmiş bu zərbələrdən sonra o, anlamalıdır ki, biz artıq ordayıq. O, bunu başa düşür. Bu qərar Suriyada sülhün bərqərar olması üçün vacibdir”,- deyə Fransa prezidenti bildirib.
Mənbə:> Oxu.Az