Fransa prezidenti ermənilərin Qarabağa səfər dəvətini rədd etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Fransa prezidenti ermənilərin Qarabağa səfər dəvətini rədd etdi

Fransa prezidenti ermənilərin Qarabağa səfər dəvətini rədd etdi

Fransa ATƏT Minsk qrupunun həmsədr ölkəsi olaraq, bütün münaqişə tərəflərini dinləmək yolunu davam etdirəcək.

Virtualaz.org bildirir ki, bunu Fransa prezidenti Emanuel Makron Fransadakı erməni təşkilatlarının Koordinasiya Şurasında hər il keçirilən ziyafətdə deyib.

Fransadakı erməni təşkilatlarının həmsədrləri Ara Toranyan və Murad Papazyan Makronu Türkiyəni tənqid etməyə və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etməyə səsləyiblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoq siyasətini müdafiə edən və Qarabağ münaqişəsində bitərəfliyini qoruyan Makron ermənilərin təklifindən qəti şəkildə imtina edib: “Sizi bir daha məyus edəcəyəm. Çünki Qarabağa səfər etməyəcəyəm. Əgər belə bir addım atsam, Fransanın bu münaqişədəki vasitəçi rolunu, neytral və effektiv mövqeyini itirə bilərəm... Fransa kompromis tərəfdarıdır, çünki status-kvo problemin həlli yolu deyil. Ümid edirəm ki, nə vaxtsa bura qayıdıb, Qarabağ münaqişəsinin həll olunduğunu sizə bildirəcəyəm”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *