Fransa kürdlərə yardım üçün Mənbicə qoşun göndərir
Fransa hökuməti suriya kürdlərinə yardım məqsədilə Mənbic bölgəsinə qoşun göndərilməsi haqqında qərar qəbul edib.
Bu barədə “Parisien” qəzeti “Suriya demokratik qüvvələrinin” (SDF) Parisdəki nümayəndə heyətinə istinadən məlumat yayıb.
Martın 29-da SDF nümayəndə heyəti Fransa lideri Emmanuel Makronla görüşüb. Nümayəndə heyəti rəhbərinin sözlərinə görə, Makron, ən yaxın zamanda Mənbicə Fransa ordusunun xüsusi təyinatlı bölməsinin göndəriləcəyini vədd edib.
Hərbiçilərin sayı barədə məlumat verilmir. Xəbərdə qeyd olunur ki, Fransalı xüsusi təyinatlılar əməliyyatları ABŞ hərbi komandanlığı ilə əlaqələndirəcək.
Bundan əvvəl Türkiyə təhlükəsizlik şurası kürd özünü-müdafiə qüvvələrinin Mənbic bölgəsini dərhal boşaltmasını tələb edib.
Ankara xəbərdar edib ki, yaraqlılar bölgəni tərk etməsə, Türkiyə Mənbicdə “Zeytun budağı”na bənzər irimiqyaslı əməliyyata başlayacaq.
Mənbə:> Oxu.Az