Merkel Türkiyə və Suriya sərhədinə gedib – FOTO
Almaniya kansleri Angela Merkel və Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk və Avropa Komissiyası sədrinin müavini Frans Timmermans Türkiyənin Suriya ilə sərhədində yerləşən Qaziantep şəhərinə gediblər.
Oxu.Az “Associated Press”ə istinadən xəbər verir ki, nümayəndə heyəti Türkiyəyə səfər zamanı ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
Səfər çərçivəsində Türkiyə və Aİ-nin miqrasiya sazişinin reallaşdırılması məsələsini müzakirə ediləcək.
Aİ rəhbərliyi və Almaniya kanslerinin, həmçinin suriyalı qaçqınların olduğu düşərgəni ziyarət edəcək.
Nümayəndə heyətinin səfəri ilə əlaqədar olaraq sərhədyanı Qaziantep şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Mənbə:> Oxu.Az