ABŞ Astanaya nümayəndə heyəti göndərməkdən imtina etdi
ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol Astanada aparılacaq Suriya üzrə danışıqlarda Vaşinqtonu təmsil edəcək.
Report xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatına əsasən, “Reuters” məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, Birləşmiş Ştatlar Astanada keçiriləcək görüşə ayrıca nümayəndə heyəti göndərməyəcək.
Danışıqlar Suriyadakı silahlı müxalifətin vahid nümayəndə heyəti və hökumət təmsilçilərinin iştirakı ilə yanvarın 23-də Qazaxıstanın paytaxtında aparılacaq.
Görüşə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura dəvət olunub.
Mənbə:> Report