Azərbaycan 4 milyardlıq kredit cəlb edir
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının nümayəndə heyəti Azərbaycana mümkün yardım paketinin müzakirə edilməsi məqsədilə Bakıya gəliblər.
AzNews.info xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbədən bildirilib.
Qeyd edək ki, “Financial Time” qəzeti məlumat yaymışdı ki, söhbət 4 milyard dollarlıq yardım paketindən gedir. Nümayəndə heyəti yanvarın 28-dən fevralın 4-ə qədər ölkəmizdə səfərdə olacaqlar.
Mənbə:> Trend