Trampın “48 saat”ı bitdi
ABŞ prezidenti bazar ertəsi, aprelin 9-da bu saatlarda 24-28 saat ərzində Suriya üzrə kritik qərarın veriləcəyini vəd etmişdi.
Virtualaz.org xəbər verir ki, həmin 48 saat bir neçə dəqiqə bundan öncə bitib. Lakin Ağ Evin rəhbərinin Suriya ilə bağlı hər hansı qərarı açıqlanmayıb.
Xatırladaq ki. ABŞ prezidenti Suriyanın Duma şəhərində “kimyəvi silahın tətbiqi” ilə əlaqədar ciddi qərarların veriləcətini vəd etmişdi.
Mənbə:> Virtualaz.org