Ərdoğanla Netanyahu qarşı-qarşıya gəldi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Adanada keçirilən qurultayında İsrail rəhbərliyinin ünvanına sərt bəyanat səsləndirib.
Virtualaz.org Türkiyə KİV-inə istinadən bildirir ki, R.T.Ərdoğan İsrail dövlətini fələstinlilərə qarşı qeyri-insanı siyasət yürütməkdə ittiham edib və Netanyahuya səslənib: “Biz işğalçılıqla məşğul deyilik. Sən işğalçısan və həmin (Fələstin) torpaqlarında həm işğalçı, həm də terrorçu mövqeyi tutursan”.
“Tarixçilər sizin zavallı fələstinlilərə qarşı törətdiyiniz bütün cinayətləri qeydə alır. Onlar bunu heç zaman unutmayacaq. Mən İsrail xalqının da Netanyahunun atdığı addımlardan narahat olduğuna inanıram.
Sənin bizim Afrində keçirdiyimiz əməliyyatdan danışmağa haqqın yoxdur. Sərhəd saxla! Biz gəldiyimiz yerə ancaq əmin-amanlıq, sülh, mədəniyyət və sevgi gətiririk”,- deyə Ərdoğan bildirib.
Netanyahu isə Ərdoğanın tənqidinə cavab verərək, İsrail hərbçilərini "ən yüksək mənəvi prinsipləri olan ordu" adlandırıb. "O, il boyu mülki əhalini bombalayn birisinin öyüd-nəsihətinə ehtiyac duymur”, - deyə baş nazir “Twitter” bloqunda yazıb. Sonra da xüsusi vurğulayıb ki, “görünür, Ankara bununla 1 apreli qeyd edib".
Mənbə:> Virtualaz.org