İsrail Ərdoğanı sanksiyalarla hədələdi
İsrailin müdafiə naziri Aviqdor Liberman yahudi dövlətinin Türkiyə ilə iqtisadi əlaqələrinə yenidən baxılmasına çağırıb.
Virtualaz.org-un məlumatına görə, nazir bunu özünün "Facebook" səhifəsində yazıb.
"Son aylar ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yahudi dövlətinə qarşı açıq təhrik üçün istənilən bəhanədən istifadə edir. Fikrimcə, biz Türkiyə ilə münasibətlərimizdə çox şeyə yenidən baxmalıyıq", - deyə o bildirib.
Liberman xüsusi vurğulayıb ki, o, İsraildən Avropaya Türkiyə vasitəsilə qaz kəmərinin tikintisinə qarşıdır: “Hesab edirəm ki, obrazlı desəm, bizim qaz borumuzun “ventili” Ərdoğanın əllərində olacaqsa, bu böyük strateji səhv olacaq”.
Xatırladaq ki, daha öncə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Şərqi Qüdsdə səfirlik açmaq niyyətində olduğunu bildirib: “Biz artıq Şərqi Qüdsü Fələstin Dövlətinin paytaxtı elan etmişik. Yaxın günlər ərzində səfirliyimizi də açacağıq".
Mənbə:> Virtualaz.org