Ərdoğan: “Qüdsü itirsək, Məkkə və Mədinə də gedəcək”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Qüds məsələsinə münasibət bildirib.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən bildirir ki, Ərdoğan Qüdsün itirilməsi ilə Mədinənin də itiriləcəyini deyib.
“Qüdsü itirsək, Mədinəni də qoruya bilməyəcəyik. Mədinə getsə, Məkkə və Kəbəni də itirəcəyik”, - Ərdoğan vurğulayıb.
“15 ildir Türkiyəni böyük, güclü, məzlumların, günahsızların ümid qapısı, güvən qaynağı olan bir ölkə kimi gücləndirməkdəyik", - deyən Ərdoğan türk olaraq dünyaya hələ son sözlərini demədiklərini bildirib: "Türk milləti olaraq hələ dünyaya son sözümüzü söyləmədik. Milyardlarla müsəlman olaraq da son sözümüz hələ ağzımızdan çıxmadı. Hər şeyin zamanı olduğu kimi, bu böyük günün də zamanı var".
Ərdoğan deyib ki, ən qısa müddətdə haqsızlıqları aradan qaldıracaqlar: "Biz bu günləri görəcəyik. Bunun ilk addımlarını Suriyada atmaya başladıq. Bütün müsəlmanların gələcəyini yaxından maraqlandıran oyunu biz pozduq.
İndi də Qüds üzərindən hücum başladı...
Əgər bu gün daxildən, xaricdən davamlı hücumlara məruz qalırıqsa, böhtanlara tuş gəliriksə, davamıza və onun uğruna canımıza qəsd edilirsə, səbəbi bu mübarizələrdən vaz keçməmiyimizdir. Qüds hamımızın namusdur".
Mənbə:> Virtualaz.org