Ərdoğan israilli jurnalistə: Məni sıxışdıra bilməzsən – VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Mavi Mərmərə” razılaşmasından sonra ilk dəfə bir İsrail telekanalına müsahibə verib.
AzNews.info Publika.az-a istinadən xəbər verir ki, “Kanal 2” telekanalının “Uvda” (“Fakt”) proqramının məşhur aparıcısı İlana Dayan-Orbaç müsahibənin bir hissəsini “Twitter” hesabında dərc edib.
Müsahibə gələn həftənin bazar ertəsi yayımlanacaq. Aparıcı Ərdoğana “Sizə çətin sualları vermə azadlığımdan istifadə etmək istəyirəm” deyir. Türkiyə prezidentinin cavabı isə bu şəkildə olur:
“İndiyə kimi verdiyiniz suallar asan idimi?.. Sən əgər Tayyib Ərdoğanı sıxışdıracağını zənn edirsənsə, məni sıxışdıra bilməzsən”.
Mənbə:> Publika.az