Netanyahu: "İsrail kürdlərə böyük simpatiya bəsləyir"
İsrail kürdlərin cəhdlərinə böyük simpatiya bəsləyir.
Virtualaz.org AFP-yə istinadən bildirir ki, bunu İsrailin baş nazir Benyamin Netanyahu 2001-ci ildə Yerusəlimdə fələstinlilər tərəfindən öldürülmüş turizm naziri Rehavam Zeevinin anım mərasimində çıxış edərkən deyib.
Baş nazir bildirib ki, dünya onların əmin-amanlığı və rifahı üçün qayğı göstərməlidir.
B.Netanyahunun sözlərinə görə, Zeevi 1960-cı illərdə məxfi missiya ilə İraq Kürdüstanında olub və orada İsrail ordusu üçün səhra xəstəxanası yaradılmasına nəzarət edib.
"Səfər onda güclü təəssürat yaratmışdı. O İsrailə isti münasibət və dəstəklə, hansı ki, bu günə kimi davam edir, rastlaşmışdı. Kürdlər milli və beynəlxalq müdriklik göstərirlər. Biz onların istəklərinə böyük simpatiya bəsləyirik və dünya onların təhlükəsizliyinə, gələcəyinə qayğı göstərməlidir", - Netantyahu vurğulayıb.
Mənbə:> virtualaz.org