Parisdən İsrailə cavab
Fransanın baş naziri Manuel Valls yəhudiləri İsrailin baş naziri Benyamin Netanyahunun çağırışına səs verməməyə çağırıb.
ANS PRESS-in məlumatına görə, o, Netanyahunun çağırışından təəssüf hissi keçirərək bildirib ki, Fransa yəhudiləri Fransada yaşamalıdır.
Danimarkanın baş naziri Helle Thorning-Schmidt də deyib ki, danimarkalı yəhudular Danimarkada yaşamalıdır və hakimiyyət onların təhlükəsialiyi üçün bütün imkanlardan istifadə edəcək.
Ümumiyyətlə, B.Netanyahu fevralın 15-də Avropada yaşayan yəhudiləri təhlükəsialik baxımından tarixi vətənləri İsrailə dönməyə çağırıb: "Avropada yəhudilərə hücumlar və antisemitizm gücləndiyindən İsrail onların təhlükəsialiyinə təminat verə bilər."
Xatırladaq ki, bu ilin yanvarında Parisdə yəhudi mağazasına edilmiş hücumda 4 nəfər ölüb. Ötən həftənin sonunda isə Danimarkada oxşar hücumlar tərədilib. Fransa polisi ötən istirahət günlərində ölkənin şərqindəki yəhudi qəbristanlığında 200-dək qəbirin dağıdıldığını açıqlayıb.
Təkcə Fransada 500 minədək yəhudi var və ötən il bu ölkəni 7 mindən çox yəhudi tərk edib.
Mənbə:> ANSPRESS