Azərbaycanda yəhudi dini icması rəhbərinin evinə basqın olub: Bacısı bıçaqlanıb
Bu gün Quba rayonunda dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə yəhudi dini icmasının rəhbərinin evinə basqın olub.
AzNews.info xəbər verir ki, dini icmanın rəhbəri Boris Simanduyev APA-ya bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Evə üç nəfər soxulub. Məni döyüblər, bacım Liza Simanduyevaya isə bıçaq xəsarətləri yetiriblər”.
B.Simanduyev bacısının əməliyyat olduğunu və vəziyyətinin yaxşı olduğunu deyib. Onun sözlərinə görə, evdən özünə və sinaqoqa məxsus 120-130 min manat pul, eləcə də qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Mənbə:> APA