İsraildən sərt açıqlama
"İsrailin təhlükəsizliyi hər şeydən əvvəl gəlir. Fələstin tərəfindən atılan heç bir raket zərbəsini cavabsız qoymayacam."
ANS PRESS-in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu ötən gün Fələstinin Qəzza zolağına endirilən aviazərbələrdən sonra bu cür açıqlama verib. Hanuka yəhudi dini bayramı ilə əlaqədar mərasimə qatılan Netanyahu qeyd edib ki, iki ölkə arasında yaranan gərginliyə görə Həmas təşkilatı cavabdehlik daşıyır.
Benyamin Netanyahu: “İsrail hərbi hava qüvvələri Həmas tərəfindən atılan raketə Qəzza zolağındakı beton zavodunu hədəf alaraq cavab verdi. Həmas silahlıları bu zavoddan müdafiə məqsədli tunellərin bərpasında istifadə edirdilər. İsrail hökuməti ölkənin təhlükəsizlik xidmətində zəiflik göstərməyəcək”
İsrail hökuməti Eşkola şəhərinə atılan raket mərmisinə cavab olaraq Qəzza zolağına hücum etdiyini bəyan edib. Atışmalar zamanı iki tərəfdən də insan itkisi qeydə alınmayıb.
İki ölkə arasında sonuncu dəfə yay mövsümində fəal hərbi qarşıdurmalar olmuşdu.
Mənbə:> ANSPRESS