İranlı hakerlər BMT və ABŞ hökumətinin serverlərini dağıtdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

İranlı hakerlər BMT və ABŞ hökumətinin serverlərini dağıtdı

İranlı hakerlər BMT və ABŞ hökumətinin serverlərini dağıtdı

ABŞ Ədalət Nazirliyi doqquz iranlı hakeri və bir İran şirkətini yüzlərlə universitetə, beynəlxalq şirkət və hökumət departamentinə kiberhücumda ittiham edib.

Virtualaz.org-un məlumatına görə, nazirlik kiberhücum nəticəsində 21 ölkədəki 144 ABŞ universitetindən və 176 başqa ölkəyə aid universitetlərdən 31 terabayt akademik məlumat və fikri mülkiyyətin oğurlandığını bəyan edib.

Nyu-York ştatı Cənub dairəsinin prokuroru Ceffri Berman isə bildirib ki, Əmək Nazirliyi, BMT və Energetikanın tənzimlənməsi üzrə federal komissiya da onların qurbanı olub.

Həmçinin bildirilir ki, hakerlər hökumətin məxfi məlumatlarını, ticarət və hərbi texnologiyalar sahəsində qapalı informasiyaları oğurlayıblar.

ABŞ Xəzinə Dairəsi məlumat oğurlamaq üçün qurulmuş Manba İnstitutuna sanksiya tətbiq edəcəklərini bildirib.

Qeyd edək ki, bu, Tramp hökumətinə qarşı dördüncü kiberhücumdur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *