Azərbaycanlı hakerlər təxminən 5 min erməninin elektron poçtunu sındırıblar
Azərbaycanın “Anti-Armenia Team” kiberqruplaşmasının üzvləri təxminən 5 min erməninin elektron poçtunun sındırıldığını bəyan ediblər. Hakerlər bu hücumun təfərrüatlarını bölüşməyiblər, bircə onu dəqiqləşdiriblər ki, sındırılmış poçt qutularına giriş fişinq hücumlarının nəticəsində mümkün olub. Virtualaz.org bildirir ki, bu barədə “SecurityLab” xəbər verib.
Sübut kimi qruplaşma hücum nəticəsində zərər görmüşlərin parolları və loginlərini ehtiva edən məlumat bazasının bir fraqmentini nümayiş etdiriblər.
Hakerlərin sözlərinə görə, onların əlinə “vacib informasiya” düşüb. Yaxın gələcəkdə “Anti-Armenia Team” hücum nəticəsində əldə edilmiş 450 GB məlumatı açıqlayacağına söz verib.
Xatırladaq ki, bu ilin sentyabr ayının əvvəllərində “Anti-Armenia Team” qruplaşması Ermənistan hökumətinin istifadə etdiyi serverləri sındırmış, ölkəyə daxil olmuş əcnəbilərin pasport məlumatlarını oğurlayaraq dərc etmişdi. Cari ilin əvvəllərində hakerlər 47 erməni saytına, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyinin saytına hücum etmişdilər. Ermənistanın ABŞ, Rusiya, Argentina, Avstriya, Belarus, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Çin və s. kimi ölkələrdə yerləşən səfirlikləri və konsulluqlarının saytları hücuma məruz qalmışdılar.
Mənbə:> Virtualaz.org