Türk ordusu YPG/PYD-ni mərkəzdə məhv etdi, heykəli də belə yıxdılar – FOTO
Türkiyə ordusu Azad Suriya Ordusu (ASO) ilə Afrin şəhər mərkəzini də PYD/YPG-dən təmizləyib.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün səhərdən etibarən, daha bir istiqamətdən ASO Afrin şəhər mərkəzinə doğru əməliyyata başlayıb. Belə ki, ASO üzvləri Afrin şəhərinin cənub-şərq istiqamətindən məhələlərə daxil olub: "Bu istiqamətdə gedən şiddətli küçə döyüşlərindən sonra şəhərə nəzarət tam ələ keçirilib. Bu istiqamətdə həyata keçirilən əməliyyatda Türkiyə ordusu havadan ASO-ya dəstək verib. Hazırda şəhərin bəzi nöqtələrində PYD üzvləri türk ordusunda dirənməyə çalışır, ara-sıra atışma səsləri eşidilir. Ancaq Afrinin mərkəzi bütövlükdə Türkiyə ordusunun nəzarəti altına alındı".
Məlumata görə, ASO üzvləri artıq qələbə atəşləri açaraq, bayram etməyə başlayıblar. Onlar, eyni zamanda, şəhərin mərkəzində olan və PKK/YPG/PYD-ni dirəniş simvolu elan olunmuş Kava heykəlini də yıxıblar: "Bununla bərabər, türk komandolar ilə xüsusi təyinatlıları Afrin mərkəzindəki bütün küçələrdə yoxlama-nəzarət əməliyyatı həyata keçirirlər".
Onu da qeyd edək ki, Türkiyə Afrinin mərkəzindən dinc sakinlərin çıxması üçün 2 km-lik dəhliz saxlamışdı. BMT-nin açıqladığı rəsmi məlumata görə, son bir neçə gün ərzində şəhəri 50 minə yaxın dinc sakin tərk edib.
Türkiyə prezidenti Ərdoğan isə dünənki son açıqlamasında Afrinin fəth edilməsinin an məsələsi olduğunu bəyan edib: "Buranı PYD/YPG terrorçularından təmizlədikdən sonra afrinlilər təhlükəsiz formada evlərinə dönəcəklər".
Mənbə:> Mia.az