Afrinin mühasirəsi başa çatıb
Suriyanın Afrin bölgəsinin mühasirəsi başa çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Məlumatda qərb və şərq hissələrindən şəhəri mühasirəyə alan Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri və Azad Suriya Ordusunun döyüşçülərinin Afrinin şimalında birləşdiyi qeyd olunub.
Qeyd edək ki, Türkiyə ordusu Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatını yanvarın 20-də başlayıb. Əməliyyatda məqsəd bölgəni PKK-nın Suriya qolu olan PYD terrorçularından təmizləməkdir.
Mənbə:> Yeniçağ.az