Türkiyə Ordusu Afrinin mərkəzini mühasirəyə almağa hazırlaşır
Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunun mərkəzini tam mühasirəyə almağa hazırlaşır.
Bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.
Qeyd olunur ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrin ətrafında 1100 kvadrat kilometr ərazi terrorçulardan azad edilib.
Bu gün Türkiyə qoşunları daha beş yaşayış məntəqəsini azad edib. Türkiyə KİV-ləri məlumat verir ki, qoşun Afrinin mərkəzindən 1,5 kilometr məsafədədir.
Eyni zamanda PYD və YPG terrorçularının dinc sakinlərə şəhəri tərk etməyə icazə vermədiyi deyilir.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" adı altında əməliyyata başlayıb.
Mənbə:> Trend