Afrindən acı xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Afrindən acı xəbər

Afrindən acı xəbər

Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində gedən döyüşlərdə daha 8 türk əsgəri şəhid olub.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Əməliyyatın gedişində 8 hərbiçi şəhid olub, 13 əsgər yaralanıb”, - deyə məlumatda qeyd olunur.

Bununla da Türkiyə Ordusunun “Zeytun budağı” əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb.

Məlumatda ötən gün ərzində aparılmış əməliyyatlarda 23 terrorçunun zərərsizləşdirildiyi də qeyd olunur.

Xatırladaq ki, Türkiyə SQ yanvarın 20-də Suriyanın Afrin bölgəsinin terrorçulardan azad edilməsi üçün Azad Suriya Ordusu ilə birgə “Zeytun budağı” əməliyyatına başlayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *