Türkiyə ordusu Kurni dağını və ətraf kəndləri də terrorçulardan azad etdi
Türkiyə ordusu bu gün Afrin bölgəsində strateji əhəmiyyətli Kurni dağı və ətraf kəndləri PKK/PYD terrorçularından tamamilə təmizləyib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyə ordusunun dəstək verdiyi Azad Suriya Ordusu ilə birlikdə həyata keçirilən əməliyyatda Kurni dağı terrorçulardan tamam azad edilib: "Dağın ətəyində yerləşən kəndlər və Afrinə gedən yollara da nəzarət bərpa olunub".
Əməliyyat zamanı Türk ordusunun şəhid vermədiyi bildirilir.
Məlumatda o da qeyd olunub ki, hazırda qırıcı təyyarələr və toplar Darmık dağını bombalayır: "Tanklar və ordu birlikləri isə hazır vəziyyətdə bombardmanın bitməsini və bu dağı da terrorçulardan təmizləmə əmrini gözləyirlər".
Mənbə:> Virtualaz.org