234 nəfər terrorçulardan azad edildi
Nigeriya ordusu Boko Haram terrorçularına qarşı uğurlu əməliyyatları davam etdirir.
ANS PRESS-in məlumatına görə, ordunun ölkənin şimalındakı Sambisa meşəsində Boko Haram qruplaşmasının üzvləri ilə apardığı növbəti qızğın döyüşlər zamanı daha 230-dan çox qadın və uşaq girovluqdan azad edilib. Bu barədə ordu rəsmisi xəbər yayıb.
Xəbərdə bildirilir ki, 234 nəfər girovluqda olan şəxs Simbiziada aparılan əməliyaytların gedişatı zamanı azadlığa buraxılıb.
Bir neçə gün əvvəl isə 200 qızı və 100 qadını girovluqdan qurtaran Nigeriya əsgərlərinin apardıqları uğurlu hərbi əməliyyat zamanı 160 nəfər də azad etmişdilər. Qanlı döyüşlərdə Boko Haram qruplaşmasının böyük itki verdiyi bildirilib.
Nigeriya ordusunun bir neçə gün ərzində onlarla düşərgəni terrorçulardan təmizlədiyi, onlara məxsus külli miqdarda döyüş texnikasını və maşını ələ keçirdiyi qeyd edilir.
Mənbə:> ANSPRESS