Türkiyə Ordusu Afrinin mühasirəsini başa çatdırdı
Türkiyə Silahlı Qüvvələri Afrinin mühasirəsini başa çatdırıb.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, qərb və şərq hissələrindən şəhəri mühasirəyə alan Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun döyüşçüləri Afrinin şimalında birləşiblər.
Məlumatda o da qeyd olunub ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün daha 12 yaşayış məntəqəsi terrorçulardan azad edilib
Xatırladaq ki, Türkiyə Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatına başlayıb. Məqsəd bölgəni PKK-nın Suriya qolu olan PYD terrorçularından təmizləməkdir.
Mənbə:> Virtualaz.org