Erməni politoloq: “İlk zərbə Yevlaxa vurulmalıdır” » AzNews.info -Xəbər portalı

Erməni politoloq: “İlk zərbə Yevlaxa vurulmalıdır”

Erməni politoloq: “İlk zərbə Yevlaxa vurulmalıdır”

“Rusiyada indi hər şeydə tənəzzüldür, təkcə hərbi sənayedən başqa. Buna görə də, Dugin, Proxanov, “ermənilər” Kurginyan, Mirzəyan Putində öz arzularını görüblər, onu dəstəkləyiblər və balaca Stalin əldə ediblər”. Virtualaz.org xəbər verir ki, bu barədə Yerevanda dərc olunan “Lragir” nəşrinə ermənistanlı politoloq Levon Şirinyan danışıb.

O hesab edir ki, Putinin qələbə çalacağı təqdirdə Rusiyada avtoritarizm güclənəcək, daxili çəkişmələr şəraitində isə Rusiya avantüraya əl ata bilər ki, bunun üçün də ən rahatı Qarabağ münaqişəsidir. “KTMT təmsilçisinin “Ermənistan xalqı əmin ola bilər ki, KTMT onun köməyinə gələcək, lakin Qarabağ KTMT-nin məsuliyyət sahəsinə aid deyil” bəyanatına mən məhz bu kontekstdə yanaşıram”.

Erməni politoloq: “İlk zərbə Yevlaxa vurulmalıdır”


Erməni ekspert bildirib ki, Azərbaycan zirehli texnikasını təlimlərə təsadüfən çıxarmayıb və hərbi müdaxiləni də istisna etmir. “Dünya ictimaiyyəti, aprel müharibəsində olduğu kimi, bizim müdafiəmizə qalxmayacaq”.

Daha sonra erməni ekspert “hər bir pozuntu zamanı zərbə vurmağa” çağırıb.

“İlk hesablama mərkəzi Yevlaxdır. Əgər Yevlaxa zərbə vurulsa, Azərbaycanın onurğası sınar. Biz buna hazır olmalıyıq. Bundan başqa, Ermənistan qabaqlayıcı müharibə metodlarını tətbiq etməlidir, bildirməlidir ki, təlim zamanı tanklar sərhədə 5 km-dən az məsafəyə yaxınlaşalar, zərbə endirəcəyik. Bizim belə hüququmuz var”, - erməni politoloq əminliklə bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *