“Azərbaycan nə qədər silah alır, bu, Ermənistanın məhvidir” - ABŞ kəşfiyyatı düşməni qorxuya salıb » AzNews.info -Xəbər portalı

“Azərbaycan nə qədər silah alır, bu, Ermənistanın məhvidir” - ABŞ kəşfiyyatı düşməni qorxuya salıb

“Azərbaycan nə qədər silah alır, bu, Ermənistanın məhvidir” - ABŞ kəşfiyyatı düşməni qorxuya salıb


ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Koutzun 2018-ci ildə Dağlıq Qarabağda genişmiqyaslı müharibə olacağı anonsu hərbi-siyasi çevrələrin diqqət mərkəzindədir.

Hesabatda göstərilib ki, genişmiqyaslı müharibə zamanı Rusiya Ermənistana yardım edəcək.

Rusiyalı politoloq Stanislav Tarasov Ermənistanın 1in.am nəşrinə ABŞ kəşfiyyatının proqnozunu şərh edərkən deyib ki, bu cür fikirlərin səslənməsi birinci dəfə deyil.

Ekspert kəşfiyyatın məxfi qurum olmasına diqqət çəkərək qeyd edib: "Onlar kəşfiyyat adının daşıyıcısıdırlarsa, o zaman məxfi informasiyaya malik olmalıdırlar. O məxfi informasiyalar ki, onları ekspertlər bilməyəcək”.

Tarasov əlavə edib ki, Qarabağ münaqişəsi nizama salınmadığına görə cəbhədə vəziyyət gərgindir və buna görə də genişmiqyaslı müharibənin olması istisna deyil.

"Üstəgəl, Azərbaycan ordusu müasirləşib, eyni zamanda erməni hərbçiləri də yerində saymır. Kəşfiyyat isə bizim, sizin bilmədiyiniz informasiyaya malik olmalıdır. Bununla belə, tədbir görülməlidir ki, təsvir edilən ssenarilər mümkün olmasın”- deyə S.Tarasov bildirib.

Politoloq Qarabağda müharibə olacağı təqdirdə, Rusiyanın müdaxilə imkanlarından da söz açıb:

"Rusiya Ermənistanın strateji müttəfiqidir. Həmçinin Azərbaycanla işgüzar əməkdaşlığa malikdir. Bəli, Rusiya Azərbaycana silah satır. Lakin belə bir gizli razılaşma var ki, o silahlar Qarabağ cəbhəsində istifadə olunmasın. Amma bu barədə əminlik yoxdur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Güman etməyə əsaslar var ki, müharibə Qarabağ cəbhəsi ilə kifayətlənməyəcək və bu müharibə Azərbaycanla Ermənistan arasında olacaq”.

Erməni politoloq Levon Şirinyan isə genişmiqyaslı müharibənin olacağını mümkün hesab edir. Onun sözlərinə görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunan ssenarinin reallaşması tamamilə ehtimal ediləndir.

"Müharibə qaçılmazdır. Azərbaycan niyə çox silah alır? Bu, müharibəyə hazırlıqdır – başqa bir şey deyil”- L.Şirinyan qeyd edib.

Ekspertin fikrincə, müharibə zamanl Rusiya və Türkiyə heç bir problemi həll etməyib.

"Bu baxımdan Amerikanın hesabatı ilə razıyam, lakin müharibə zamanı Rusiyanın Ermənistanı müdafiə edəcəyinə şübhə edirəm. Rusiya Azərbaycan və Ermənistanla münasibətlərində balanslaşdırılmış siyasət həyata keçirdir. Yəqin ki, Ermənistan Qərbə müraciət edəcək və özünü zərbə altından çıxaracaq. Biz bu istiqamətdə düşünməliyik. Ermənistan ABŞ və NATO ilə aktiv dialoq aparmalıdır”-L.Şirinyan əlavə edib.

Politoloq Ermənistana böhrandan çıxmaq üçün formul da təklif edib: "Sarayların əvəzinə tank və raket almaq lazımdır. Bizdə müqavimət göstərmək üçün daxili resurs yoxdur. Ermənistan strateji məhdudiyyətlərin öhdəsindən gəlməlidir və müharibəyə hazırlaşmalıdır. Yaxın zamanlarda Azərbaycan prezidenti İlham Əliyev dövlətinin siyasi doktrinasını elan etdi- bu, Ermənistanın məhv edilməsidir”

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


This is some political uk assignments, on certain topics everyone has their own view and sharing views on such articles and essays is very risky.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *