ABŞ kəşfiyyatının direktoru: Qarabağda irimiqyası müharibə başlaya bilər
ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepperin Konqresə hesabatında Dağlıq Qarabağ münaqişəsi barədə də yazı yer alıb.
Oxu.Az Amerika KİV-ə istinadən xəbər verir ki, hesabatda Azərbaycan və Ermənistan arasında yaşanan gərginliyin 2016-cı ildə də davam edəcəyi bildirilir.
Klepperin fikrincə, Azərbaycanın artan hərbi gücü və iqtisati problemlər irimiqyaslı hərbi əməliyyatların yenidən başlaması təhlükəsini artırır.
“Azərbaycan Qarabağdan imtina etməyəcək, Ermənistan isə işğal olunmuş torpaqları azad etməyə tələsmir.
Bütün bunlar münaqişənin siyasi yolla həllini çətinləşdirir”.
Mənbə:> Oxu.Az