"Türkiyə Ermənistanı bombalayıb Qarabağı..." - Rus politoloqdan sensasion açıqlama
“Rəsmi Bakı Qarabağı qaytarmaq üçün müharibə ssenarisini alternativ olaraq saxlayır. İndiyə qədər bunu siyasi ritorika hesab etmək olardı. Amma Türkiyənin məsələyə qarışması yeni müharibə riskini artırır”.
Bu barədə Rusiya Strateji Tədqiqatlar İnstitutunun Qafqaz sektorunun rəhbəri, politoloq Artur Atayev Azərbaycan Prezidenti İlham Əliyevin Ankara səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, müharibə ssenarisi indiki halda Ermənistan, eləcə də Rusiya üçün neqativdir: “Qəribə də olsa deyə bilərik ki, münaqişənin yeganə həll yolu müharibədən keçir və bunu Bakı edə bilər. Ona görə də Rusiya da, Türkiyə də, həmçinin, digər beynəlxalq güclər də Bakıya xüsusi maraq göstərirlər”.
Rusiyalı politoloq iddia edir ki, Türkiyə Qarabağda yeni müharibənin başlamasına səbəb olacaq.
“Qarabağda müharibə başlayarsa, Türkiyə ordusu Ermənistana birbaşa müdaxilə etməyəcək. Amma Suriya presedentindən istifadə edə bilər. Yəni ölkə sərhədlərinin içinə girmədən döyüş təyyarələri ilə havadan bombalamaq. Bu Ermənistan üçün dəhşətli ssenaridir. Ümumiyyətlə Qarabağ məsələsində heç bir pozitiv ssenari nəzərə çarpmır”, - deyə o bildirib.
Atayev hazırki situasiyada Rusiyanın Qafqazda Türkiyəyə məğlub olduğunu da diqqətə çatdırıb.
Mənbə:> Publika.az