Rus mediası: Rus-türk gərginliyi Qarabağa çatır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Rus mediası: Rus-türk gərginliyi Qarabağa çatır

Rus mediası: Rus-türk gərginliyi Qarabağa çatır


Rusiya-Türkiyə münaqişəsi Cənubi Qafqazda vəziyyəti kəskinləşdirdi. Doğrudur, bu Qarabağda müharibənin başlaması planı deyil. Lakin müharibə qorxuları sürətlə yayılır.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb.

Nəşr qeyd edir ki, əsas qorxular Ermənistandan başlayıb: “Xüsusilə o haqda ki, Moskva Ankara ilə birgə layihələri bərpa etmək və reallaşdırmaq istəyir. Türkiyə də bunun qarşılığına Qarabağ münaqişəsində Azərbaycanın xeyrinə qərarın verilməsini tələb edə bilər”.

Məqalədə qeyd olunur ki, Bakının durumu daha incədir.

“Azərbaycan iki regional liderin arasında vasitəçi olmaq istəyir, çünki münaqişənin genişlənməsi onun da maraqlarına ziddir. Türkiyə ilə Azərbaycan qardaşdır və bu qardaşlığı əməli fəaliyyət müşahidə edir. Bununla yanaşı, Azərbaycanın Rusiya ilə də sıx siyasi və iqtisadi tərəfdaşlığı var”, - deyə nəşr qeyd edib.

“Nezavisimaya qazeta” yazır ki, türk-rus gərginliyi Gürcüstanın da marağına ziddir: “Rəsmi Tiflis Ankara ilə isti münasibətlərə sahibdir, eyni zamanda, Moskva ilə də əlaqələrin yoluna qoyulmasını istəyir. Belə görünür ki, Rusiya-Türkiyə münaqişəsi artıq Qafqaza çatır. Bölgə ölkələri anlayırlar ki, hadisələr onların iştirakı olmadan inkişaf edəcək. Halbuki, bu onların maraqlarına toxuna bilər”.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *