Rusiya uduzdu: Bakı bazarda tək qalır » AzNews.info -Xəbər portalı

Rusiya uduzdu: Bakı bazarda tək qalır

Rusiya uduzdu: Bakı bazarda tək qalır


“Qazprom” “Türk axını” qaz kəmərinin tikintisini müvəqqəti dayandırıb.

Publika.az xəbər verir ki, ötən həftə Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında yaranan gərginlik qaz kəmərinə də təsirsiz ötüşməyib.

Lakin “Kommersant” nəşri Kremldəki mənbələrə istinadən yazıb ki, layihə tamamilə təxirə salınmayıb. “Qazprom” rəhbərliyi layihədən tamamilə imtina edilməsinin məqsədəuyğun olmadığını sübut edə bilib. Çünki “Türk axını”nın tamamilə ləğvi 2020-ci ilə qədər Ukrayna vasitəsilə tranzitin minimuma endirilməsinə imkan verməyəcək.

“Su-24”-ün vurulmasına qədər hökumət ümid edirdi ki, dekabr ayında “Türk axını” layihəsinin 15,75 milyard kubmetr qaz ötürücü gücə malik olan birinci hissəsi üzrə Türkiyə ilə razılıq əldə edəcək. Layihənin birinci hissəsi Türkiyəni qazla təchiz etməli və Ukrayna tranzitini əvəz etməli idi. Razılaşma dekabrın ortalarında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyaya planlaşdırılan səfəri zamanı imzalanacaqdı. Lakin təyyarənin vurulmasından sonra səfər ləğv edildi”, - deyə Rusiya hökumətindəki mənbə bildirib.

“Kommersant” qeyd edir ki, hər şeyi yoluna qoymaq üçün “Qazprom”un vaxtı var. Lakin bu, daha çox Ankara-Moskva münasibətlərinin perspektivindən asılıdır. Məsələ ondadır ki, hər şeyin müəmmalı qaldığı bir vaxtda Rusiya tərəfi ciddi maliyyə itkiləri ilə üzləşir: “Rusiya ərazisində layihə üçün bütün infrastruktur hazırdır, qaz kəmərinin Qara dənizin dibi ilə çəkiləcək hissəsi üçün borular alınıb. Dənizin dibi ilə kəmərin birinci hissəsinin tikintisi təxminən bir ilə mümkün ola bilər, lakin ikinci hissənin daha sürətlə tikiləcəyi gözləniləndir. Bu baxımdan, “Qazprom” prinsipial olaraq “Türk axını” layihəsindən imtina edə bilmir. Rusiya Balkan ölkələrinə qazın çatdırılması üçün “Nord Stream-2” kəmərini qazla təmin edə bilər. Lakin Mərkəzi Avropaya çatdırmalar üçün Türkiyə əvəzolunmazdır”.

Nəşr Ankaradakı mənbələrə istinadən qeyd edir ki, Türkiyə də bu layihənin reallaşmasında maraqlıdır: “Ölkə dörd mənbədən – Rusiya, Azərbaycan, İran və SPQ (mayeləşdirilmiş qaz – red.) qaz alır. Lakin ən etibarlı mənbələr Rusiya və Azərbaycandır. Lakin Rusiya mənbəsindən qazın alacağı faktiki olaraq sual altındadır və bu, avtomatik olaraq “Türk axını” layihəsini dayandırır”.

“Kommersant” əlavə edir ki, Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda Türkiyə qaz təchizatı üçün daha çox Azərbaycana üz tutacaq. Beləliklə Avropanı qazla təchiz etmək üçün nəzərdə tutulan TANAP-TAP kəmərlərinin tikintisi ikiqat sürətlənə bilər.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *