Rusiya Türkiyədən icazə almadı
Rusiyanın “Qazprom” şirkəti ilk dəfə olaraq nəhəng eksport layihəsini razılıq əldə etmədən işə salıb.
ANS PRESS-in məlumatına görə, inhisarçı şirkət “Türkiyə axını” qaz kəmərinin tikintisinə başladığı barədə xəbər yayıb.
Bununlada “Qazprom” tam tikilməmiş kəmər ilə Qara dənizin ortasında qalmaq riski edir. Lakin şirkətdə belə düşünmürlər. Şirkətdən bildiriblər ki, razılaşmanın əldə olunmasında ləngimə sırf siyasi xarakter daşıyır və Türkiyədə olan seçkilərdən sonra iyun ayında razılaşma imzalanacaq.
Ekspertlər qeyd edir ki, “Qazprom”un bu hərəkəti danışıqlarda Türkiyəyə üstünlük verəcək. Lakin şirkətin heç nədən podratçıya pul ödədiyini nəzərə alsaq “Qazprom”un itirəcəyi bu üstünlükdən itirəcəyi bir şey yoxdur.
Mənbə:> ANSPRESS