Stratfor: Azərbaycan Rusiya və Qərb arasında yeni qarşıdurma mərkəzi ola bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Stratfor: Azərbaycan Rusiya və Qərb arasında yeni qarşıdurma mərkəzi ola bilər

Stratfor: Azərbaycan Rusiya və Qərb arasında yeni qarşıdurma mərkəzi ola bilər


Ukraynadakı münaqişə gərginləşdikcə Rusiya və Qərb arasında qarşıdurma da güclənir. Mübahisənin mərkəzi isə Ukraynadan Qafqaza – Gürcüstan, Ermənistan və Azərbaycana keçə bilər, ABŞ-ın Stratfor özəl kəşfiyyat-analitik şirkətinin ekspertləri belə hesab edir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya 2008-ci ildə baş vermiş Gürcüstan-Osetiya hərbi münaqişəsindən sonra Ermənistanda öz hərbi iştirakını möhkəmləndirərək orada güclü iqtisadi və siyasi mövqelərə nail ola bilib, deyə, ekspertlər güman edirlər.

Bununla yanaşı, analitiklərin fikrinə görə, Ermənistan, Abxaziya və Cənubi Osetiyada hərbi iştirakı, həmçinin, Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq Rusiyaya bölgədə əsas xarici qüvvə mövqeyinə malik olmağı təmin edir.

“Buna baxmayaraq Qərb Rusiyanın keçmiş sovet periferiyasına təsirinin genişlənməsinə yol vermək niyyətində deyil. ABŞ və Aİ Ukraynadakı üsyan zamanı qərbyönümlü hökumətin xeyrinə rusiyapərəst hakimiyyətinin devrilməsini dəstəklədi. Və Qərb dövlətləri açıq-aydın bildirdilər ki, onların dəstəyi tək Ukrayna ilə kifayətlənməyəcək. Qərb Mərkəzi və Şərqi Avropada hərbi bazalar yaratmağa başladı, həmçinin, bir neçə keçmiş sovet periferiyasında olan ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə başladı”, - deyə məqalədə bildrilir.

Ekspertlər məhz Qafqazın Rusiya və Qərb arasında yeni qarşıdurma nöqtəsi ola biləcəyini iddia edirlər.

Bu fikri avqustun sonunda Gürcüstanda NATO-nun təlim mərkəzinin gözlənilən açılışı da təsdiqləyir.

Ekspertlər, həmçinin iddia edirlər ki, Ukraynada böhran başladıqdan sonra nisbətən sakit keçən iyirmi illik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi gərginləşməyə başlayıb.

Məqalə müəllifləri Rusiyanın bu məsələdə təmkinli diplomatik mövqe nümayiş etdirdiyini qeyd edirlər:

“Moskva iki ölkəni dialoqa çağırır, lakin eyni zamanda, dayandırmaq elementi kimi, hər iki ölkəyə hərbi tədarükləri davam etdirir”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Now tourism is more and more, a travel time and high precision mechanical watch is equipped with essential travel, tourism and the differences of replica watches climate and environment changes is also great, if the temporary fault repair and maintenance is quite troublesome. Therefore, in order to avoid the impact of mechanical failure of the table, it is best to be able to travel before a mechanical table maintenance. Swiss mechanical watch is the most important Is a waterpro of iwc replica mechanical watch, mechanical watch water reasons usually have two ways, one is engaged in more than waterproof performance activities, the other one is over the maintenance period, such as waterproof washer parts problems, so it is necessary to confirm whether the watch over the maintenance period, and confirm the destination or waterproof nature of replica rolex watches activities the general form 3 to 4 years maintenance must be carried out, so as to avoid the hardening of the waterproof gasket, or the impact of the oil drying caused by mechanical operation of the problem.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *