General-polkovnik Sidorov: “Qarabağda müharibə olsa KTMT ermənilərə kömək etməyəcək” » AzNews.info -Xəbər portalı

General-polkovnik Sidorov: “Qarabağda müharibə olsa KTMT ermənilərə kömək etməyəcək”

General-polkovnik Sidorov: “Qarabağda müharibə olsa KTMT ermənilərə kömək etməyəcək”

Əgər Qarabağda hərbi əməliyyatlar başlasa KTMT hərbi bloku erməni tərəfinə kömək göstərməyəcək. Virtualaz.org xəbər verir ki, belə bəyanatla KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov çıxış edib.

“KTMT üzvü olan ölkələr üçün başlıca hərbi təhdidlər” mövzusunda keçirilən telekörpü zamanı general bildirib ki, qondarma “dqr” bu bloka üzv “ölkə” deyil. KTMT kollektiv müdafiə barədə müqaviləni Ermənistanla bağlayıb və deməli ancaq İrəvan qarşısında konkret öhdəlikləri var. “Ermənistan vətəndaşları əmin ola bilərlər ki, zərurət yaransa KTMT onları darda qoymayacaq”-general bildirib.

General Sidorov qeyd edib ki, Ermənistanla Azərbaycan arasında situasiya kifayət qədər gərgindir, amma o dərəcədə gəgin deyil ki, iki ölkə bir-birinin “paytaxtını tutmağa” başlasın. O, vaxtilə hər iki ölkənin “böyük sovet ailəsinin üzvü olduğunu, sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını” da xatırladıb.

General-polkovnik xatırladıb ki, KTMT bloka üzv olan bu və ya digər ölkənin cəlb olunduğu hərbi münaqişəyə qarışmaq səlahiyyətində deyil. Bunun üçün kömək barədə müraciət olmalıdır. NATO isə üzv ölkələrdən müraciət gözləmədən onlara hərbi dəstək verir. Sidorovun sözlərinə görə, bu heç də korrekt deyil və NATO üzvü olan ölkələrin suverenliyini pozur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *