Erməni general niyə ağladı? » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi

Erməni general niyə ağladı?

Erməni general niyə ağladı?


Ön cəbhədə əlini itirmiş erməni zabit Sarkis Qabrielyan yenə hərbi xidmətini davam etdirəcək. Erməni nəşrləri bunu riqqətlə yazırlar.

Bəs, əlilin ordudan getməmək istəyi nə ilə bağlıdır? Bəlkə də, mülki həyatda ona, ümumiyyətlə, iş olmayacağından qaynaqlanır. İş ümumiyyətlə yoxdur, bir yandan da onun əlinin biri yoxdur.

Amma mətbuat öz zabitlərini qəhrəman və qorxmaz təqdim etmək üçün bu faktdan yararlanmağa çalışır. Bununla da Ermənistanın rəhbərlərinin iqamətgahlarının qarşısında piketlərini gündən günə böyüdərək müharibəni dayandırmağı tələb edən əsgər analarında yalançı vətənpərvərlik hissləri oyatmaq istəyirlər.

Bundan başqa, hakimiyyətdə olanlar işğalçı ordunun laxlamış nüfuzunu qaldırmağa çalışır. Azərbaycan silahlı birləşmələrinin uğurlu əməliyyatları nəticəsində həlak olan, yaralanan və əlil olan erməni əsgərlərin sayı gündən günə artır.

Bunu jurnalistlərlə söhbətində Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyan dolayısı ilə etiraf edib. O, etiraf edib ki, ordunun qurbanları artır. Qeyd edib ki, Ermənistan əhalisi anlamalıdır ki, müharibə gedir və qurbanlar qaçılmazdır. "Bizim uşaqlar torpağı qoruyur", - deyə general bildirib. Düzdür, o, torpağın kimin olmasını dəqiqləşdirməyib. Arutyunyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət olarsa, KTMT-nin Ermənistana kömək edib - etməyəcəyi barədə jurnalistlərin suallarına cavab verib.

"Rusiyanın və ya KTMT-nin Qarabağ münaqişəsinə müdaxilə etməsi üçün hüquqi əsas yoxdur", - deyə general qısa cavab verib.

Rusiyanın Azərbaycana silah satması barədə suallar da diqqətdən kənarda qalmayıb. Keçmiş nazir bildirib ki, bu məsələ olmasaydı daha yaxşı olardı. Həm də qeyd edib ki, Bakı texnika və silahı yalnız Moskvadan deyil, həm də Türkiyədən, Ukraynadan, Belarusdan, Cənubi Afrikadan və İsraildən alır ki, bunun qarşısını heç cür almaq mümkün deyil.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *