Gürcüstanın baş naziri İlham Əliyevlə danışıqlara gəlir
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana rəsmi səfərə gələcək.
Virtualaz.org bildirir ki, bu barədə Gürcüstan hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, səfər çərçivəsində G.Kvirikaşvilinin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü keçiriləcək.
Gürcüstanın hökumət başçısı azərbaycanlı həmkarı Artur Rəsizadə ilə də görüşəcək.
Daha sonra iki ölkənin hökumət üzvləri arasında görüş olacaq.
Mənbə:> Virtualaz.org