Gürcüstanın baş naziri Türkiyədə səfərdədir
Oxu.Az “Qruziya-Online” istinadən xəbər verir ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Türkiyəyə rəsmi səfəri başlayıb.
Qonağı qarşılayan Türkiyə nəqliyyat naziri Əhməd Arslan Ankaranın bu səfərə böyük əhəmiyyət verdiyini və regionda sabitlik nöqteyi-nəzərindən qiymətləndirdiyini bildirib.
Birgünlük səfər çərçivəsində G.Kvirikaşvili baş nazir Binəli Yıldırım, Türkiyə parlamentinin sədri İsmayıl Kahramanla görüşəcək.
Bununla yanaşı, Türkiyə-Gürcüstan Strateji Əməkdaşlıq Şurasının birinci iclası keçiriləcək. İclasın yekununda iki ölkə hökuməti arasında əməkdaşlıq haqqında sazişlər imzalanacaq. Görüşdən sonra Gürcüstan və Türkiyə baş nazirləri birgə bəyanat verəcəklər.
Mənbə:> Oxu.az