Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri görüşdülər
Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir.
Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Gürcüstan xarici işlər naziri Mixail Canelidze iştirak edirlər.
Görüşün sonunda birgə Bəyannamə imzalanacaq.
Qeyd edək ki, bu, üç ölkə nazirlərinin bu formatda V görüşüdür.
Mənbə:> Oxu.Az