Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşü təxirə salınıb
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sabah Tbilisidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə əsasən, buna səbəb Gürcüstan xarici işlər naziri Gerogi Kvirikaşvilinin ailəsində ağır itkinin baş verməsidir.
Görüşün gələn ilin birinci rübündə keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və Gürcüstanın xarici işlər naziri Gerogi Kvirikaşvilinin dekabrın 23-də Tbilisidə görüşü nəzərdə tutulurdu.
Mənbə:> APA