Məmmədyarov Türkiyədədir
Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin avqustun 28-də Antalya şəhərində keçirilən üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb.
Oxu.Az bu barədə Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir.
Əlavə edək ki, “TRT Haber” kanalının məlumatına görə, xarici işlər nazirlərinin görüşündən sonra birgə bəyannamənin imzalanması və mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Mənbə:> Oxu.Az