Vişeqrad Qrupundan Azərbaycana dəstək
"Trend"-in məlumatına görə, iclasın yekunu olaraq, Vişeqrad Qrupu xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığına dair birgə bəyanatı qəbul olunub.
Bəyanatda diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, Vişeqrad ölkələri Şərq Tərəfdaşlığında iştirak edən bütün tərəfdaş dövlətlərin - Azərbaycan da daxil olmaqla - ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəklədiklərinə sadiq olduqlarını vurğulayıblar.
Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı arasında keçiriləcək Riqa sammiti ərəfəsində belə bir bəyanatın qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir.
İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.
Şərq Tərəfdaşlığında iştirak edən dövlət kimi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın qatıldığı iclasda belə bir bəyanatın qəbul edilməsi və bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi əslində Ermənistana çox ciddi çağırışdır.
Qeyd edək ki, Vişeqrad Qrupunda Çexiya, Macarıstan, Polşa və Slovakiya iştirak edir.
Mənbə:> Trend