Elmar Məmmədyarov Slovakiyaya gedir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyaya səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, E.Məmmədyarov 15 may 2015-ci il tarixində Bratislava şəhərində keçiriləcək Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Slovakiyaya səfər edəcək.
Mənbə:> Oxu.Az