İlham Əliyev Gürcüstana rəsmi səfərə gedəcək
Prezident İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gedəcək.
Oxu.Az xəbər verir ki, bu barədə apsny.ge məlumat yayıb.
Səfər çərçivəsində Gürcüstan və Azərbaycan prezidentlərinin təkbətək və geniş formatda görüşü, ikitərəfli siyasət, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair qətnamələrin imzalanması gözlənilir.
Həmçinin prezidentlər KİV üçün müştərək bəyanatlar verəcəklər.
Bundan başqa, səfər çərçivəsində Azərbaycan prezidenti Gürcüstan parlamentinin sədri və baş naziri ilə görüşəcək.
Eləcə də Gürcüstanın patriarxı II İlya ilə görüş planlaşdırılır.
Azərbaycan prezidenti İlham Əliyev rəsmi səfər çərçivəsində Marneulidə yaşayan azərbaycanlılar ilə görüşəcək və soyuducu istehsalatı təsərrüfatında olacaq.
İlham Əliyevin Gürcüstana səfəri noyabrın 6-da başa çatacaq.
Mənbə:> Oxu.Az