Rusiya və İranın Ankaradakı səfirləri Türkiyə XİN-ə çağırılıb
Türkiyə Suriya ordusunun İdlibdəki təhlükəsizlik zonasının sərhədlərini pozması xəbərindən sonra Rusiya və İranın Ankaradakı səfirlərini XİN-ə çağırıb.
“Anadolu” xəbər verir ki, Ankara diplomatlardan Suriya hökumətini təhlükəsizlik zonalarının sərhədlərini pozmamağa çağırmağı xahiş edəcək.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bundan əvvəl Suriya ordusunun terrorçularla mübarizə adı altında İdlib əyalətindəki mötədil müxalifət qüvvələrinə hücumlar etdiyini bildirib.
Mənbə:> Virtualaz.org