Rusiya: "Türkiyə təyyarələri vurulacaq"
Rusiya Türkiyə-Suriya sərhədində yeni uçuş qaydaları müəyyənləşdirib. Yeni qaydaya görə, Suriya hava məkanına daxil olan türk təyyarələri vurulacaq.
Axar.az xəbər verir ki, bu barədə Küveytin “Ər-Rai” qəzeti məlumat yayıb.
Məlumata görə, Rusiya Suriya hava məkanına daxil olan türk təyyarələrinin dərhal vurulması əmrini verib.
Buna uyğun olaraq, Rusiya-Türkiyə arasında 1998-ci ildə imzalanmış Adana müqaviləsi ləğv edilib.
Rusiyanın Suriyanın Miq-29 təyyarələrini modernləşdirməsi də nəzərdə tutulub.
Bundan əlavə, xəbərdə Suriya ordusunun irəliləyişi nəticəsində cihadçı qruplaşmalar arasında ixtilafların başladığı da deyilib.
Digər tərəfdən, Suriya-Türkiyə sərhədinin bağlanılması da planlaşdırılır.
Mənbə:> Axar.az