Rusiya təyyarələri Türkiyə sərhədini bombaladı
Suriya ordusu rus hərbi təyyarələrinin yardımı ilə Türkiyə sərhədində yerləşən strateji qəsəbəni müxaliflərdən azad edib.
Axar.az xəbər verir ki, ordu Lazkiyə şəhərinin şimal-şərqindəki Navara qəsəbəsini ələ keçirib. Bundan başqa, Hələbin şərqindəki Tel Maksur qəsəbəsi də İŞİD-dən azad edilib.
Rusiya bombardmanı nəticəsində xeyli sayda itki verən müxaliflər Türkiyəyə qaçıb.
Xatırladaq ki, strateji əhəmiyyətə malik olan Navara qəsəbəsi 2012-ci ildə müxaliflər tərəfindən işğal olunmuşdu.
Mənbə:> Axar.az