Ordu tanklarla hücuma keçdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Ordu tanklarla hücuma keçdi – FOTO

Ordu tanklarla hücuma keçdi


Türkiyə ordusu İŞİD silahlılarının sərhəd xəttində ölkə ərazisini atəşə tutması ilə əlaqədar geniş hərbi əməliyyatlara başlayıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələi (TSK) qurudan Suriya ərazisini tanklarla atəşə tutur.

Suriya sərhədindən açılan atəş nəticəsində yaralanan bir türk əsgəri xəstəxanadan həkimlərin bütün səylərinə baxmayaraq, şəhid olub.


Ordu tanklarla hücuma keçdi
Atışmadan sonra yanğın baş verib


Türkiyə Milli Müdafiə nazirliyinin açıqlamasından bir əsgərin yaralandığını digəri ilə əlaqənin kəsildiyi bildirilir.

Atışma ötən gün axşam saatlarında Türkiyə Suriyə sərhədində yerləşən Kilis şəhərində baş verib. Şəhər valisi Süleyman Tapsız itən əsgərin tapılması üçün axtarış tədbirlərinin davam etdiyini bildirib.


Ordu tanklarla hücuma keçdi
Gərginliyin baş verdiyi sərhəd xətti


İki aydan çoxdur ki, Türkiyə-Suriya sərhədində gərginlik yaşanır. Bir neçə gün əvvəl İŞİD silahlıları Suriyanın şimalında Türkiyə ilə sərhəd ərazilərdə 5 kəndi ələ keçirərək, sərhəd xəttinə daha da yaxınlaşıb. Kəndlərdən üçü Türkiyə sərhədinin 20 kilometr cənubunda yerləşən Marea qəsəbəsi yaxınlığında, ikisi isə Hələb yaxınlığında yerləşir.


Ordu tanklarla hücuma keçdi
Suriya sərhədlərinə irəliləyən türk tankları

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *