İran-Türkiyə sərhədində atışma – FOTO
İran Türkiyə ilə sərhədində Gürbulaq-Bazargan Gömrük keçid məntəqəsini bağladığını bəyan edib.
ANS PRESS-in məlumatına görə, bu haqda İranın Yol və Şəhər Planlaşdırma nazirinin köməkçisi Davud Keşaverziyan məlumat verib.
Nazirlik rəsmisinin sözlərinə görə, İran və Türkiyə arasındakı ən böyük keçid qapısı olan Gürbulaq-Bazargan Gömrük keçid məntəqəsinin yalnız İran tərəfinə aid olan hissəsi bağlanıb. Türkiyə tərəfdən isə sərhəd məntəqəsi öz işini normal qaydada davam etdirir.
Açıqlamada sərhəd keçid məntəqəsinin bağlanmasına İran nömrəli bir yük maşının Türkiyə ərazisində silahlı hücüma məruz qalmasından sonra qərar verlidiyi bildirilir.
Sərhədin bağlanmasına Türkiyə tərəfinin razılığı əsasında qərar verilib. Keşaverziyan bildirib ki, Türkiyədən gələn bütün avtomobillər İran ərazisinə sərbəst daxil ola bilərlər.
Keşaverziyan həmçinin İran avtomobillərinin atəşə tutulması faktına görə, Türkiyə səfiri Rıza Hakan ilə görüşdüyünü və ona bu məsələ ilə bağlı etirazinin bildirdiyini söyləyib.
Mənbə:> ANSPRESS